Xidmətlər

Xidmətlərimiz

İnsanların rahat bir şəkildə qurban sifarişi verə bilmələri üçün hər daim daha yaxşı bir şəkildə xidmət verməyi hədəfləyirik. Verdiyimiz xidmətlər ilə 100% müştəri məmnuniyyəti yaratmaq bizim əsas dəyərlərimizdən biridir. Bu istiqamətdə fəal yanaşmalar vasitəsilə mümkün problemlər üçün ehtiyyat tədbirlər alır və müştərilərimizin ehtiyaclarına dəyər qatacaq həll yolları tapmaq üçün hər daim öz üzərimizdə çalışırıq.

Xeyriyyə xidməti

Xeyriyyə xidməti

İslam dininin ən gözəl tərəflərindən biri insanların bir-biri ilə yardımlaşması və əllərində olanı paylaşmasıdır. Hər cəmiyyətdə başqalarının yardımına ehtiyacı olan müəyyən şəxslər vardır. Bu vəziyyətdə olan insanların sayını ən aza endirmək dinimizin tələb etdiyi qanunlardan biridir. Peyğəmbərimiz verən əlin alan əldən daha üstün olduğunu söyləmişdir. Zəkat, sədəqə, fitrə, qurban kimi ibadətlər Quranda və Peyğəmbərimizin hədislərində bir çox müjdə ilə tövsiyə edilmişdir.

Şirkətimiz tərəfindən hər il xeyriyyə xidmətləri təşkil olunmaqdadır. Əgər sizin vaxtınız yoxdursa və ehtiyacı olan ailələrə qurban əti paylamaq istəyirsinizsə biz bunu sizin adınızdan edirik. Sizin adınızdan qurbanı kəsib, ehtiyacı olan şəxslərə paylayırıq.

Xüsusi sifarişlərin çatdırılması

Xüsusi sifarişlərin çatdırılması

İslam şəriətinə görə, dəvə də qurban kəsilmək üçün buyurulan heyvanlardan sayılır. Bu nəhəng heyvan ölkəmizdə az olduğuna görə, vətəndaşlarımız əsasən qoyun və inək qurban kəsir. İmkan olduğu halda qoyun və keçini şərikli qurban kəsmək olmaz. Amma inək və dəvə qurbanlarında 7 nəfərə qədər adam şərik ola bilər. Dəvənin qurban ola bilməsi üçün 5 yaşında böyük olması, hər hansı bir qüsurunun olmaması və sağlam olması önəmlidir. Dəvənin diri çəkidə qiyməti 1700-2000 manat arasında dəyişir və böyüklüyündən aslı olaraq 250 ilə 600 kq arasında ət verir.

Şirkətimiz tərəfdən dəvə əti kimi xüsusi sifarişlərin çatdırılması da həyata keçirilməkdədir. Dəvə əti almaq istəyən şəxslər, sifarişlərini 2 həftə öncədən vermələri lazımdır.

Çatdırılma xidməti

Çatdırılma xidməti

Müştərilərimiz üçün yaratdığımız üstünlüklərdən biri də çatdırılma xidmətinin olmasıdır. Bütün növ heyvanların həm diri, həm də kəsilmiş formada çatdırılmasını həyata keçirdirik. Məhsul almaq istəyən şəxslər sadəcə saytımıza daxilib olub istədikləri heyvanı və hansı xidmətləri istədiklərini seçib, rahat bir şəkildə sifarişlərini verə bilərlər. Eyni zamanda istəyən şəxslər üçün qəssab xidmətini də göstəririk. Əgər siz qurbanınızı öz həyətinizdə kəsdirmək istəyirsənizsə, bunu şirkətimizin qəssabları ilə 100% halal bir şəkildə həyata keçirdə bilərsiniz.

Doğrama və paketləmə xidməti

Doğrama və paketləmə xidməti

Qurban kəsildikdən sonra ilk iş, onun dərisini bədənindən üzmək olacaqdır. Təmizlənmə prosesi heyvanın arxa ayaqlarından yüksək bir yerə asılması ilə başlayır. Ətin çirklənməməsi üçün qarın kəsilir və safra hissəsi bağlanır. Sonra onun qarın və bağırsaqları çıxarılır. Ən sonda isə qurban əti doğranaraq parçalara ayrılır. Bütün bu proses ustalıq və zəhmət tələb edən bir işdir. İstəyən şəxslər üçün qurbanın kəsimi, doğranması və paketlənməsi kimi xidmətlər şirkətimiz tərəfindən göstərilməkdədir.

Heyvandarlıq

Heyvandarlıq

Bəşəriyyətin ilk anından bugünə qədər heyvandarlıq məhsulları həmişə insanlar üçün ən önəmli qida mənbələrindən biri olmuşdur və bu həmişə də belə davam edəcəkdir. Bu faktor insanları dəyişən və inkişaf edən dünyada daha sağlam heyvan istehsalı şərtlərinə yönəltməsində mühüm rol oynamışdır. Bəşəriyyətin ilk zamanların ovçuluqla həyata keçirilən heyvandarlıq, bugün yerini ferma mühitində yetişdirilən heyvandarlığa buraxmışdır. Heyvandarlıqda sərbəst hərəkət edən heyvan təbii, sağlam və ləzzətli məhsul verir. Bütün bunlara diqqət göstərən şirkətimiz, bütün təsərrüfatı heyvanların təbii həyatına uyğunlaşdırmışdır.

Ferma və qidalanma

Ferma və qidalanma

Heyvanlardan təbii və sağlam məhsullar əldə etmək istəyiriksə, fermalarda böyüdülən heyvanların qayğısına xüsusi diqqət yetirməliyik. Bir heyvan nə qədər yaxşı və sağlam mühitdə yetişirsə, o qədər keyfiyyətli və məhsuldar olur. Fermalarda olan hər bir heyvan təbii mühitə uyğun bir şəkildə yetişdirilməli və sərbəst gəzə bilmə sahələrinin olmasına diqqət göstərilməlidir. Hacıqabulda yerləşən fermamızda biz bütün bunları diqqə göstərməyə və ölkədəki ən keyfiyyətli və orqanik heyvanları yetişdirməyə çalışırıq. Ancaq təbii yemlərdən istifadə edirik və heyvanlarımızın vaxtaşırı müayinəsini həyata keçirdirik.

Qurban.az şirkəti tərəfindən yetişdirilən hər çeşid heyvanın doğru bir şəkildə qidalanması bizim üçün çox önəmlidir. Təbii yemlərlə sağlam şəkildə heyvanların qidalanması təmin etmək şirkətin əsas prinsiplərindən biridir. Heyvan yetişdirmədə heyvan yemi olaraq istifadə olunan hər məhsulun həm heyvanların sağlamlığı, həm də heyvanlardan əldə ediləcək məhsulların təbbi və keyfiyyətli olmasında böyük rol oynadığı üçün önəm veririk. Yetişdirdiyi heyvanların yemlərini özü istehsal edən fermamız, yemlərin təbbi olmasına hər zaman xüsusi diqqət göstərmişdir.

Sifariş

Sifarişə hazırsınız?

Heyvanı seçin, xidmətləri konfiqurasiya edin — qalanını biz həll edək.